Yaxşı Insan - Orxan Zeynallı

Yaxşı Insan - Orxan Zeynallı

Альбом
Qravitasiya
Год
2016
Язык
`アゼルバイジャン`
Длительность
188370

以下は曲の歌詞です Yaxşı Insan 、アーティスト - Orxan Zeynallı 翻訳付き

歌詞 " Yaxşı Insan "

原文と翻訳

Yaxşı Insan

Orxan Zeynallı

Mənim bir şəhərim var…

Yaşıllıqları kimi yaxşılıqları süni

Mərməri kimi insanları sürüşkəndir

Mənim bir şəhərim var…

Küçədəki itlər burada səni

Dar gündə qoyub getməz

Necə bunu edir dostlar?!

Mənim bir şəhərim var…

Baxışı qışdan soyuq

Bəzəklərini bir günə

Qabıqtək yağışlar soyur

Yaxınlar səni ləkələyir

Qohumlar yalan yaxır

Qonşular qiybət edir

Adını içdən danışmaq qoyub

Mənim bir şəhərim var…

Sən öldükcə sənin ömrün uzanır

Adını tarix edir sağkən üzünə baxmayanlar belə

Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır

İrəli gedir burada bircə addım atmayanlar belə

Mənim bir şəhərim var ki

Dənizində canlar gizli

Varlılar yalan danışır çox vaxt

Ən kasıblar düz deyir

Və hər kəs susub batan gəmini həyəcanla izləyir

Bu şəhər satıb ruhunu Azərbaycandan gizli

Doğulur hər gün yenə

Dünən ölüb gedən ümidlərim

Qayıdar ruhu bu şəhərin

Yeni-yeni səhvlər olmasa

Boğulur dalğalar içində

Sevgilər yenə dərindədir

Şirin yuxularında şəhərin

Hamı olacaq yaxşı insan

Biz yaxşı insanlarıq…

Ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün

Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün

Alnımız açıq, təmiz, biz yaxşı insanlarıq

Sosial şəbəkələrdə vətəni sevdiyimiz üçün

Yaxşılıq eləyirik xəstələrin şəklin paylaşmaqla

Sevgilimiz atıb gedəndə dalca danışmaqla

Biz yaxşı insanlarıq… bizləri yaxşı edən

Unutqan olub, unutqanlığımızla barışmaqdır

Şəhidlər Xiyabanına ildə bir dəfə getsək belə

Yanından hər keçəndə musiqini azaltdığımız üçün

Biz yaxşı insanlarıq… bizi incitsələr belə

Biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün

Biz yaxşı insanlarıq…

Valideynləri sevdiyimiz üçün

Onları qocalanda çox vaxt atıb getsək belə

Biz yaxşı insanlarıq…

Ədaləti sevdiyimiz üçün

Bərpası lazım olanda susub yatsaq belə

Doğulur hər gün yenə

Dünən ölüb gedən ümidlərim

Qayıdar ruhu bu şəhərin

Yeni-yeni səhvlər olmasa

Boğulur dalğalar içində

Sevgilər yenə dərindədir

Şirin yuxularında şəhərin

Hamı olacaq yaxşı insan

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます