以下は曲の歌詞です Pəncərə 、アーティスト - PRoMete, Orxan Zeynallı 翻訳付き
原文と翻訳
PRoMete, Orxan Zeynallı
Xatirələr oyatdı pəncərə nəyə görə?!
Hər şey başladı pəncərədən əvvəlcədən.
Adi kəlmədən, daha nədən?
Getməkdən, gəlməkdən, məhəllə-məktədən.
Bir yerdə (hə) gizlincə gəzməkdən.
İlk sevgi-məhəbbət beləcə yarandı.
Bu tale-qismət gecədən qaradı.
O bilmədi nədən başladı soyuqluq.
Gün gəldi, görüşlər kəsildi bir yolluq.
Qalsa da sevdiyi uşaqlıq illərində,
Yaşadı sevgisi ürəyində, dərində.
Bir gün də o qaldı yalqız.
Fikrində yalnız o qız, o qız...
O qız...
Ay məni məndən alıb gedən,
Dərdlərimi dərdə salıb gedən.
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə,
Həsrəti ürəyimdə qalıb gedən!
Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə,
Həsrəti ürəyimdə qalıb gedən!
Gecə çatdı səhərə,
Lay-lay dedim şəhərə,
Açılmadı bir kərə,
Pəncərən, pəncərən, pəncərən.
Var bu məhəbbətin davamı,
Pəncərənin o yanı - qız olan yanı.
Yağışlar cizgiləridi dünyanın.
O qız yenə pəncərədə göründü,
Kənardan adicə görüntü,
Əslində xəstəlik, üzüntü.
Həkimlər deyirdi şəfasız,
Oğlan düşünürdü vəfasız.
Pəncərədə görüşdü onun baxışları,
Pəncərədə öpüşdü onun baxışları,
Pəncərəyə düzdü naxışları,
Gözündən süzülən yağışları!
Çalışdı yarından olsun uzaq,
Səbəbi o qıza bəllidir ancaq.
Bu sevgi naminə ayrılsaq,
Açma pəncərəni.
Açmaq, uçmaq...
Bir daha gəldim o yerlərə,
Tanış küçə, tanış pəncərə.
Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq,
Bir anlıq qayıdaydıq o illərə...
Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq,
Bir anlıq qayıdaydıq o illərə...
Gecə çatdı səhərə,
Lay-lay dedim şəhərə,
Açılmadı bir kərə,
Pəncərən, pəncərən, pəncərən.
Son nöqtəyə yaxınlaşmaq,
Olmamaq qorxusunu aşmaq,
Əziyyətlə rahatlaşmaq.
Zülmdən zülmətə bir anlıq uçuş...
Payızın xəzan nəfəsi,
Yolu qısaltmaq həvəsi,
Ömrün sonuncu qəfəsi.
Möhlətdən qisməteə bir anlıq uçuş...
Nə acizlik, nə igidlik?!
Həm ölülük, hem dirilik...
Bir bilirikmi?
Bilmirik.
Cəhalətdən Cənnətə bir anlıq uçuş...
Cəhalətdən Cənnətə, bəlkədən...
Əlbəttə, birinci son dəfə,
Xəlvətdən xəlvətə,
Eyvandan həyətə bir anlıq uçuş...
Sürünməkdən qurtuluş.
Gecə çatdı səhərə,
Lay-lay dedim şəhərə,
Açılmadı bir kərə,
Pəncərən, pəncərən, pəncərən.
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます