Adsız Mahnı - PRoMete

Adsız Mahnı - PRoMete

Альбом
14
Год
2011
Язык
`アゼルバイジャン`
Длительность
214900

以下は曲の歌詞です Adsız Mahnı 、アーティスト - PRoMete 翻訳付き

歌詞 " Adsız Mahnı "

原文と翻訳

Adsız Mahnı

PRoMete

Nə qədər söz olsa, söz nə qədər düz olsa

Az gələcək sətirlərim gözlərinə baxmaqdan

Nə qədər düz olsa, düz nə qədər iz qoysa

Etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan

Cızdım rəsmini, tanımamışdan ağlımda

Sən bir şahzadə və ayağında çarıqlar var

Girdin həyatıma və real oldun nağılımda

Gözmuncuqlarında dərin çat və qırıqlar var

Dərinə toxundum və əridim, yox oldum

«Mən ruhmu, insanmı!?»

anlamadan yoluma davam

Əlinə toxundum, parlaqlıq çox oldu

«Sən ruhmu, insanmı!?»

anlamadan yoluma davam

Sən güclü, ən güclü otlardan həblərdən

Uça bilməz insan, yox, uça bilməz insan

Xətrinə dəyəcək qədər kobud oluram mən hərdən

Amma sən bu həyatımda tək keçə bilməzimsən

Qanadlan!

Səni mənə gətirəcək bu qanadlar

Uzaqdan…

Ətrini küləyə ötür, dayanma!

Səmadan

Dənizdən

Buluddan

Günəşdən

Güc ver, mənə güc ver, var oluşun belə bəsdir buna

Hər yer mən dardır, əgər səbəb varsa yoxluğuna

Yazdığım ilk sətir belə, son kimi görünə bilir mənə

Çatmamış bitir mürəkkəb, sətirlərim sonluğuna

Uzana-uzana gedir gecə, üzünü görüm edim necə?

Mən buz kimi, sənsə isti, uzaqlaşıram əridikcə

Nə ürək işləmir, nə beyin, küsür pərilər, uzaq qaçır

Bayıra çıxıram axtarışda, boşdur küçə, boşdur küçə…

Toxunuşlar, barmaqlar… hər şey necə də mükəmməldir

Dərin-dərin nəfəs dərim, dərin gözlərim və gözlərin

Dodaqlar, incə belin, uzaqlıqlar içində mən

İtirirəm yenə də səni, yenə də boşdur buz əllərim

Gündəliklərdə vərəq qalmadı, bitirdim neçə qələmdə mürəkkəb

Atmadım, saxladım, doğmadır, tək göründüm hər kəsə

Təkəm sandılar.

Yanımdaydın heç darıxmadım

Amma yenə də dön, yanımda cismin olsun!

Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandır

Dön, nəğmə yazacam sənin dönüşünə

Yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə

Gecikirəm!

Qanadlan!

Səni mənə gətirəcək bu qanadlar

Uzaqdan…

Ətrini küləyə ötür, dayanma!

Səmadan

Dənizdən

Buluddan

Günəşdən

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます