以下は曲の歌詞です Mikrofon Kütlədə 、アーティスト - PRoMete 翻訳付き
原文と翻訳
PRoMete
Söz var — deyirlər, üzlər görmüş üz var
Dəvədən böyük fil var, əllidən böyük yüz var
Qınamağa yer də qalmayıb, bilmirsən axı necədir
Hər şey dəyişib — indi tüstüsüz də köz var
Sərbəstlik itib çoxdan, yoxdur, hərəkətlər sərhədli
Hər tində, bacada bizə baxan bir göz var
Yüz bar, yüz diskoteka var
Amma yenə də dincəlməyə yer tapmır qızlar
Gizlimiz aşkar, ingilislər Bakını apar ha apar
Bizdə artıq nə iqtisadiyyat var, nə də ki, bazar
Günümüz azar-bezar, nə qədər olar?!
Evdə üzümüzə həsrət qalıb uşaqlar
Gedəndə də pul istəyirlər
Ay qardaş, pul var?!
Bakıdır da, hər gün qazılır yollar
Maraqlıdır, nə axtarırlar?
Bizim nə çəkdiyimizi nə bilir e yuxarılar?
Düz-əməlli veriliş də yoxdur
Boşuna işləyir bu telekanallar
Çəksin də, çəksin gəlib, nə gündə yaşayırlar…
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます