Hisslər Okeanı - PRoMete, Dihaj

Hisslər Okeanı - PRoMete, Dihaj

Год
2020
Язык
`アゼルバイジャン`
Длительность
177880

以下は曲の歌詞です Hisslər Okeanı 、アーティスト - PRoMete, Dihaj 翻訳付き

歌詞 " Hisslər Okeanı "

原文と翻訳

Hisslər Okeanı

PRoMete, Dihaj

Gəl dalaq dərinə boğulana qədər

Lap çökək dibinə, yox olsun iki nəfər

Səninlə mən əl-ələ ölümə əgər

Deməli, bu həyat yaşanılmayıb hədər

Nə qədər mənə de var hələ nələr

İçindən gözünə sızacaq sirrlər

Təklik deyil bizim üçün

Bizimki, yarımçıqlıq

Gəl yarıda qoyub qaçaq hər şeyi

Mənə nə gərək sənsənsə hər şeyim

Bu ruh adlı gəmidə hakim ürək

Pilotajdan imtina edib beyin

Soyun bədənini, ruhunu burax

Axı biz də bacarırıq uçmaq

Bunun üçün lazımdır nə qədər az

Hisslər okeanına ayaq basmaq

Nəqərat (Dihaj)

Bu hisslər okeanında

Bir tək sən

Təkcə sən ol yanımda

Bənd 2 (PRoMete)

Zamanı burax

Əlimi götür

Dodağıma qon

Nəfəsi ötür

Qarışdır saçımı

Dünyanı söndür

Bir az da dərinə

Və daha hündür

İndi aç gözünü alnın alnımda

Yerin üstündəyik səmanın altında

Çətinki düşsün dünənlər yadına

Hər dəfə qızanda bu anı xatırla

Sənin üçün çətindir gücsüz uzandın

Dərində rəqs edir indi barmaqlar

Üstünü örtdüm sətirlərimlə

Və gedirəm yazmağa, çıxdım otaqdan

Nəqərat (Dihaj)

Bu hisslər okeanında

Bir tək sən

Təkcə sən ol yanımda

Bu hisslər okeanında

Bir tək sən

Təkcə sən ol yanımda

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます