Nil - Orxan Zeynallı, Tomris

Nil - Orxan Zeynallı, Tomris

  • リリース年: 2016
  • 言語: トルコ語
  • 間隔: 3:55

以下は曲の歌詞です Nil 、アーティスト - Orxan Zeynallı, Tomris 翻訳付き

歌詞 " Nil "

原文と翻訳

Nil

Orxan Zeynallı, Tomris

Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә

Sәmadan bir-iki damcı sevgi vә yağış yağır

Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә

Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq

Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk

Parıltılar içindә işıq saçan incә biri

İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk

Od vurub gözlәdilәr, amma biz alışmadıq

Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir

Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik

Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını

Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik

Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb

Qorudum yadlardan, әtrafında sevgilәr hördüm

Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da

Sәn mәni anlayırsan, mәn sәni anlamasam da

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini

İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs

Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini

Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs

Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq

Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik

Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq

Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik

Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni

Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq

Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni

Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın

İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr

Deyәsәn qanadını әzdin sәmalardan düşәndә

Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan

Mәn sәni anlamasam da, sәn mәni anlayırsan

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます