Hisslər Danışanda - Orxan Zeynallı, Ayka

Hisslər Danışanda - Orxan Zeynallı, Ayka

Альбом
Biz Insan Deyilik
Год
2010
Язык
`アゼルバイジャン`
Длительность
237550

以下は曲の歌詞です Hisslər Danışanda 、アーティスト - Orxan Zeynallı, Ayka 翻訳付き

歌詞 " Hisslər Danışanda "

原文と翻訳

Hisslər Danışanda

Orxan Zeynallı, Ayka

Yorulmuşdum fikirləri beynimdə gizli saxlamaqdan

Baxıram özümə hərdən qıraqdan

Axı bu qədər vecsizlik, bir addım uçurumdan

Dəfələrlə kömək istəmişdim sabahdan

Qaçıram günahdan, növbəti günaha doğru

Əllərim yaxınlaşır hər gün silaha doğru

Təlaşa səbəb varmı buranın vəziyyətindən?

Bəzi şəhərlərdə ümumiyyətlə günəş doğmur

Qəlbim güzgü kimidir, sındırıldıqca dərd gətirir

Amma ki, indi qorxu yoxdur

Çünki, iynə batsa artıq çıxarmağa qan da yoxdur

Səhərlərdə əlimi açmağa duam yoxdur

Artıq sual yoxdur, yeganə maraq idi

Eşidən mən deyildim, bu iki qulaq idi

Sənin soraqlarınla tələsən gözlərimdir

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdir

Biz… Qoruya bilərikmi sevgini?

Bitirə bilərikmi nəğməni?

Yadında saxla bu əlləri… (Səni isidən…)

Mən… Sənə doğma xal kimi yanaqda

Eyni vaxtda iki qulaqda

Səs kimiyəm bu otağda… (Səni sevdirən…)

Düşün, necə də qəribə olar, insan olsaydı bulud kimi

Baxırsan, şəffaf və gücsüzdür

Amma ki, günəşin qabağın təkcə o ala bilir

Insan isə aciz, itirmədən darıxa bilmir

Qabağın ala bilmir, adi pislik etmək istəyinin də

O ki, qaldı bəşəri məsələlərə

Bu haqda danışmayım heç

Kimə lazımdır dünya?

Hamıya kifayətdir onun kiçik çərçivəsi

Sevginin tərcüməsi görəsən nədir axı?

Mənasın heç kim bilmir, amma ki, hamı danışır

Gözlərin yumur, baxır, əslində qaranlıq görür

Amma ki, uydurur ki, göyərçinlər uçur burda…

Mən də bu siyahıda xəyallar üzrə mütəxəssis

Realda olmayanlar burda alınır köməksiz

Yenə öz qəhəri ilə sözümü kəsən kimdir?

Həmişə olduğu kimi deyəsən hisslərimdir

Biz… Qoruya bilərikmi sevgini?

Bitirə bilərikmi nəğməni?

Yadında saxla bu əlləri… (Səni isidən…)

Mən… Sənə doğma xal kimi yanaqda

Eyni vaxtda iki qulaqda

Səs kimiyəm bu otağda… (Səni sevdirən…)

Cənnətin göz yaşıdır əlimə düşən damcı

Bezib artıq insanların yolunu gözləməkdən

Sıxıntımı, depressiyamı ürəyimdəki sancı?

Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə?

Zibilin içində işləyirik, sonda zibil almaqçün

Nəyə gərək bu illər böyüyüb zibil olmaqçün?

Ondansa körpə qalardım və heç nə bilməzdim

Heç nə də etməzdim ki, desinlər — səhvsizdir

Cəmiyyətin içinə girdikcə baxıram çirklənmiş üzlərə

Sevgini rəngləyən sözlərə, həyatdan doymadım

Həyatdan doymadım, doymadım süz yenə!

Beyində fikirlər addımlara tərs yenə

Sənin o baxışların ömürlük bəs mənə

Edirdi qəsd mənə, səbəbsə gözlərindir

Kimsə son qoyur artıq, deyəsən hisslərimdir

Biz… Qoruya bilərikmi sevgini?

Bitirə bilərikmi nəğməni?

Yadında saxla bu əlləri… (Səni isidən…)

Mən… Sənə doğma xal kimi yanaqda

Eyni vaxtda iki qulaqda

Səs kimiyəm bu otağda… (Səni sevdirən…)

Sus… Pıçıldasın, qoy gözlərin

Yadıma düşür məni üzməyin

Göz yaşlarımda üzməyin… (Qızıl balıq kimi)

Yaxınlaş… Üzündəki o qırışlar

Cavanlığını sənə bağışlar

Təsirsiz olub yağışlar… (Kiçik bir arx kimi)

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます