Satılmış Səhnələr - Orxan Zeynallı, Tomris

Satılmış Səhnələr - Orxan Zeynallı, Tomris

Альбом
Singles
Год
2014
Язык
`アゼルバイジャン`
Длительность
218560

以下は曲の歌詞です Satılmış Səhnələr 、アーティスト - Orxan Zeynallı, Tomris 翻訳付き

歌詞 " Satılmış Səhnələr "

原文と翻訳

Satılmış Səhnələr

Orxan Zeynallı, Tomris

Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir

Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir

Nə qədər olar həssas damarlardan asılı qalmaq?!

Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?!

Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?!

Səhnənin sənə bəxşi — çürümüş irsə dönmüsənsə

Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq

Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?!

Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq

İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq

Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı

Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq

Yalan dediklərinin qabağında bacarsan düz dur

Həyat verir, alır, elədiklərin qayıdır bu düstur

Səhnələr satılıb artıq?

qələmə kağıza yox ehtiyac

Artıq hisslər də mahnılardan çoxdan edib merac

Dəyişdikcə illərlə, bütün sevgilər də

Qalır duyğularımız sözlərdə

Danışdıqca hisslərlə, susursa gözlər də

Qalır mahnılar ancaq dillərdə

Keçir zaman, ölür dəyər, tək ümid mahnılara

Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara

Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə

Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara

Mən niyə yaxşı olum, əgər indiki insanlar

Tapırsa ehtiras, itəndə sevgi yataqlarda?

Və bədənlər birləşdikcə unudulursa hisslər

Niyə hisslərim saf olsun qələmlə qovuşduqca?

Tapırsa cənnəti mələklər varlı axmaqlarda

Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda?

Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda

İndi isə dost vitrində, satırıq antraktlarda

Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda

Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda

Yaxşı olub, niyə pisə çevrilirik axırlarda?

Görəsən, peşamandırmı yaradan yuxarılarda?

Bunları dərk etdim illərlə, mən də bezib susdum

Kağızdakı bütün saf hissləri bir günə pozdum

Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər

Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?!

Dəyişdikcə illərlə, bütün sevgilər də

Qalır duyğularımız sözlərdə

Danışdıqca hisslərlə, susursa gözlər də

Qalır mahnılar ancaq dillərdə

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます