Uzaqlardan Məktub - Orxan Zeynallı

Uzaqlardan Məktub - Orxan Zeynallı

Альбом
Singles
Год
2014
Язык
`アゼルバイジャン`
Длительность
232070

以下は曲の歌詞です Uzaqlardan Məktub 、アーティスト - Orxan Zeynallı 翻訳付き

歌詞 " Uzaqlardan Məktub "

原文と翻訳

Uzaqlardan Məktub

Orxan Zeynallı

Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni

Mən ola bilərdim indi küçədə dilənənlərdən biri

Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə

Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri

Mənim uşaqlığım keçdi də müharibə illərində

Həyətdə oynayanda valideynlər çörək növbələrində

Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə

Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə

Əziz atam və anam, siz bəzən dalaşırdınız

Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq

Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün

Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq

«Böyüyüb soyuq biri olacam» — deyib bərk qucaqlamaq

Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa

Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra

Başdaşını qucaqlayıb «Bağışla» demək gec olmasın

Əziz atam və anam, sizə deyiləcək sözüm çox

Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox

Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz

Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü

İçimə qapandım illərlə, azaldı səsim, küyüm

Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm

Məni isidərsən, gülüm, mahnılar olmayanda

Bu şəhər yaman boş görünür insanlıq olmayandan

Əziz atam və anam, siz günahkar deyilsiniz

Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh

Bir qurtum su istəyəndə bir okean verirsiniz

Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir

Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi

Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir

Qalır təkcə insanlıq qışda sadiq sərçətək

O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます