Siz - Orxan Zeynallı

Siz - Orxan Zeynallı

  • Альбом: Biz Insan Deyilik

  • リリース年: 2010
  • 言語: アゼルバイジャン
  • 間隔: 2:58

以下は曲の歌詞です Siz 、アーティスト - Orxan Zeynallı 翻訳付き

歌詞 " Siz "

原文と翻訳

Siz

Orxan Zeynallı

Sizin üçün ömür yoxdur, sizin üçün əyləncə var

Sizin üçün vaxtı öldürüb hər gün sülənmək var

Sizin üçün məqsəd yoxdur, beyinə yeridilən düşüncə var

Sizin üçün xırda uğuru şişirdib onunla öyünmək var

Sizin üçün vətən yoxdur, sadəcə bekarçılıq

Patriot qruplara qoşulmaqdır iş gücünüz

Təsbehi fırlatmaqla deyil brat orda-burda

Bir qıza sms yazanda açılır iç üzünüz

Sizi mən tənqid etmirəm ki, nəyivizsə dəyişsin

Zibil ətrafda çox olmalı ki, bu güllər də seçilsin

Sürünən hər bir insan, niyəsə sayılır yaxşı biri

Kimsə varlanıbsa, pis insandır məhv edilsin

Siz ancaq seriala baxırsınız boşluğu doldurmaq üçün

Siyasətdən danışırsız, özünüzü doğrultmaq üçün

Beş dəqiqə ciddi söhbət sizə bəsdir yorulmaq üçün

Mən bəlkə hər şeyi verərdim təzədən doğulmaq üçün

Bağla gözləri, açıqdır ürəyimiz

Özünə güvəndi bizim koməyimiz

Günəşi göstər, varsa dünyada

Yoxdur ədalət bütün dünyada

Bağla gözləri, açıqdır ürəyimiz

Özünə güvəndi bizim koməyimiz

Günəşi göstər, varsa dünyada

Yoxdur ədalət bütün dünyada

Sizin üçün sevginin də, nifrətin də ömrü çox qısa

Siz ömürlük dostluğu dəyişirsiz pozğun bir qıza

Sözlərim yadda qaldısa bəs etmir, əməl lazımdır

Məqsədə çatmaq üçün bu gün düzgün təməl lazımdır

Siz bu gün nə var onunla razılaşıb yaşayırsız

Nəyisə bəyənməsəniz uzaq başı deyinirsiniz

İçindən bixəbər olduğunuz yükü daşıyırsınız

Hər gün məcbur kostyum adlı kəfəni geyinirsiniz

Hörmət istəyib hörmət nədir bilməyən yaşlılarsınız

Zəmanə uçurumunda asılı qalmış cavanlarsınız

Başqa həyatdan kömək istəyən gözü yaşlılarsınız

Siz xəbərlərə baxıb hər şeyə inanan insanlarsınız

SPİD-ə yoluxmuş insan sayından çox təşkilat var

Məqsədi grand olan yüz cür saxta təbliğat var

Gözdən pərdə asmaq üçün yalançı təqdimat var

Özündən razı deməli, cibdə artıq 1 manat var

Bağla gözləri, açıqdır ürəyimiz

Özünə güvəndi bizim koməyimiz

Günəşi göstər, varsa dünyada

Yoxdur ədalət bütün dünyada

Bağla gözləri, açıqdır ürəyimiz

Özünə güvəndi bizim koməyimiz

Günəşi göstər, varsa dünyada

Yoxdur ədalət bütün dünyada

Bağla gözləri, açıqdır ürəyimiz

Özünə güvəndi bizim koməyimiz

Günəşi göstər, varsa dünyada

Yoxdur ədalət bütün dünyada

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます