Bir H.O.S.T-Çunun Həyatı - Orxan Zeynallı, Gula

Bir H.O.S.T-Çunun Həyatı - Orxan Zeynallı, Gula

Альбом
Singles
Год
2014
Язык
`アゼルバイジャン`
Длительность
266930

以下は曲の歌詞です Bir H.O.S.T-Çunun Həyatı 、アーティスト - Orxan Zeynallı, Gula 翻訳付き

歌詞 " Bir H.O.S.T-Çunun Həyatı "

原文と翻訳

Bir H.O.S.T-Çunun Həyatı

Orxan Zeynallı, Gula

Seçilmiş olduğunu dərk edəndə uşaq idi

Dünyanı dəyişməksə sadəcə bir maraq idi

İndi isə bu maraqlar məqsəd olub, həm də ciddi

Bu yolda arzular, da sevgilər də qurban getti

İlk dəfə məhz bu otaqda edilmişdi sevgi etirafı

Qızın ad günü, ala biləcəyi ən xoş hədiyyəydi bu

Axşam çağı, ulduzlar sayrışarkən

Ay günəşdən acıq çıxıb işıq saçarkən qovuşdular

Baxışlarıyla soruşdular ki

Ola bilərmi ki, biz ayrılaq, ayrı qalaq bir-birimizdən?

Sevgimizin o gözəl gülləri bir gün küsərmi qəlbimizdən?

Elə o anda əllər qarışdı, söhbətə çox bərk yapışdı

Bir-birindən sol yanaqda ilk öpüş izi

Çıxmır beynindən qızın

Həmin ad günü, xoş xatirələrlə doğan gün ilə

Başlanan bu sevginin geridə qalmış artıq düz dörd ili

16 yaş oldu 20, ötmüş illər geri gələrmi?

Solmuş güllər bir daha bitməz, sevgi batan gəmidə üzə bilməz

Üzmədi, bu otaq bir daha xoş baxışlarıyla sevgiyə gülmədi

Nə edək ki, rəngli divarlar qara talehinə rəng qata bilmədi

Göz yaşı axdı oğlana baxan anda, duyğular parçalandı

Sevgi hissləri ən sevincli dəqiqələrində öz axrına çatdı

Deyil səbəb nə xəyanət və deyil səbəb nə yalanlar

Deyil qəddar nə oğlan, nə də qız

Bir döyünən qəlblər indi yalqız

Sözsüz keçən bu vida görüşməsi

Epiloq hissəsi kəsir nəfəsi… Çox ağır, aura otaqda

Göz yaşı qurudu qızmış yanaqda

Bezib artıq pərdələər

Bu səhnədən çox kövrələr

Həm saatlar, həm dəqiqələr, birgə dinlənilən nəğmələr

Onlar köməyə gəlmədilər, ağ şahzadə ağ atda getdi

Bu faciəyə tək səbəbkar — qəddar olan həyat da getdi

Bu nağıl deyil bu reallıqdır, uzun deyil, bircə anlıqdır

Sual yarandı — Deyilən sözlər hansı səhnəyə başlanğıcdır?

Qoy bu görüş dərs olsun, sevənlərə və sevilənlərə

Nəhayət sükut pozuldu, qız bu ağrıdan yoruldu

Sən qanadlarımı bağlayıb qəfəsə

Sevginin sonunu bilmədən zamanı məhv etdin

Məni tərk etdin…

Sən yanan alovu döndərəndə külə

Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin

Məni məhv etdin…

Bir neçə addım geri atdım, canım, həyatımız rahat olacaq sandım

Son dövrlər çox dəyişiklik, çox sualları beynimə saldım

Düşünmə ki, mən bunu istərdim, bağçamızdan son gülü dərdim

Sənə verməkçün, gözüm mənim, qaralır gecələrtək gündüzüm mənim

Yox dyiləm mən sektaya daxil, «HOST» bir ailə, mən də daxil

Biz deyilik sıradan gənclərdən, biz gücümüzü alırıq dərdlərdən

Bəlkə də çox gec qoşulmuşam mən, birdən səbəbini də bilmədən

Hiss ttim içimdəki üsyanı, insanı dünya necə alçaldıb

Yadındamı?

— Uşaqlıq illərimiz keçirdi nağıllarla

Cizgi filmlərindən öyrəndiyimiz tərbiyəylə duyğularla

İndi körpələr gözünü çəkmir şou-biznesdəki axmaqlardan

Onlardan gördüyü tərbiyəylə axı fərqlənə bilməz onlardan

Bu cür kor, axmaq dünya, kimlər üçünsə parlaq dünya

Bu səhvləri görməyə bilmirik, namussuzları söyməyə bilmirik

De necə aclıqdan palçıq yeməyə möhtac qalmış

Gözləri dolmuş körpələri sevgimizin xoşbəxt yollarında qurban verim?

«İnsafsızsan» — deyə bilərsən, «bunlar utopiya» — deyə bilərsən

İnancımız çox möhkəmdir, Allahsa daim bizimlədir

Döyüşümüz əvvəl özümüzlədir, inanırıq qələbə bizimlədir

Yeni dünyanı gətirsəm sənə, «Gəl gedək» — deyərəm sənə yenə

Sən qanadlarımı bağlayıb qəfəsə

Sevginin sonunu bilmədən zamanı məhv etdin

Məni tərk etdin…

Sən yanan alovu döndərəndə külə

Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin

Məni məhv etdin…

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます