以下は曲の歌詞です Stop Kadr 、アーティスト - PRoMete 翻訳付き
原文と翻訳
PRoMete
Gün ərzində günəşi izləyən
Kölgələr kimi sənə görə dəyişkən
Ya da ömründə yağışı bilməyən
Səhra qumları kimi sənə həris mən
Ovuclarında yuva qurum və
Tərləyəndə ətrindən huş itsin
Hər şey çox yaxşıdır, amma ki
İstərəm ki, elə indi bitsin
Dursun, qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən
Dursun, qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən
Söz dinləmir bu fikirlər
Elə hey yanına qaçıb gedirlər
Həqiqəti dəyişmir bu illər
Sevginlə bütövləşir şəkillər
Biraz uzaq qal, yoxla bəlkə heç
Darıxmırsan, demək onda boş
Səninlə bir saniyəlik əl-ələ
Bir ömür süni gülüşdən xoş!
Dursun, qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən
Dursun, qoy vaxt
Donsun əqrəblər yerində
Gəldinsə yanıma
Tutdunsa əlimdən
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます