Qərənfillər - PRoMete

Qərənfillər - PRoMete

Год
2015
Язык
`アゼルバイジャン`
Длительность
296020

以下は曲の歌詞です Qərənfillər 、アーティスト - PRoMete 翻訳付き

歌詞 " Qərənfillər "

原文と翻訳

Qərənfillər

PRoMete

Bəzən kömək olmur ötüb gedən günlər belə

Nə qədər ağladığımı, yəqin, qərənfillər bilər

Bu ağrı çox acıdır, dadmasan, anlamazsan

Gecələr içini dəlib, deşib, keçər düşünərsən, yaşamazsan

Gözünü yuman kimi gələr dayanar önündə

Söhbət də gedə bilməz bu itkidə ölümdən

Nə qədər yalvarmışam Allaha ki, ölüm mən

Neçə ildir yaşayıram gör bu zülümlə

Geriyə çevirmək olmur, zaman uçur

Bundan da böyük ağrı varmı ana üçün?

Deyirlər — «vaxt gətirər bütün yaralara köz»

Mən bildim bu neçə ildə, bu deyil düz

Yəqin ki, bu da həyatın ayrıca bir naxışı

Gözümün önündən getmir qapıdan çıxışı

Öpdü alnımdan.

«Qayıdacam» — dedi

Gözümə baxanda, gördüm ki, vidalaşır

Ana, sil göz yaşını

Sən ağlama

Vətən var olsun!

Həsrət qalan kəslərə

Qoy hər zaman Tanrı yar olsun!

Tez-tez qapımı döyürdü əlaqədar təşkilatlar

Bayram günlərində uşaqlara şirniyyatlar

Hər gün gedib gəldiyim yollar eyniydi

Xəbər tutdu sürücülər, pulsuz oldu nəqliyyat da

Elə bil, hamı çalışırdı bölməyə dərdi

Bu millət yaxşı bilir, xeyir nədi, nə şərdi

Uşaqlar saxladı məni bu illər həyatda

Yoxsa, onun arxasınca mən də gedərdim

Döyüş başlayanda, biz Moskvadaydıq

Bir gün gəldi, dedi — «vaxtdır artıq qayıdırıq

Vətən dardadırsa, gərək burda qalmayaq biz

Bakıda çətin olacaq, amma ki, uyğunlaşarıq»

Bakıya qayıdanda, 2-ci uşağa hamiləydim

O könüllü döyüşə yazılanda, nə biləydim

Daha döyməz bu evin qapısını bir daha?!

Həmişə ümidlə baxan adam idim sabaha

Amma içimdən bir səs deyirdi — «qoyma getməyə»

Onda vəziyyət başqaydı, saxlaya bilmədim

Qara xəbər gələndə, xatırladım sözlərini

Qürürlandım, amma ağlaya bilmədim

Yarım, sil göz yaşın

Sən ağlama

Vətən var olsun!

Həsrət qalan kəslərə

Qoy hər zaman Tanrı yar olsun!

Uşaqlıq xatirələrim bölünür iki yerə:

Əvvəli biraz bulanıq, amma atalı

Sonra təkrarlanan ana gözyaşı

Çətinlik, məşəqqət, qayğılı-qadalı

Atamı çox soruşardım o illər anamdan

Bezmədən hər dəfə deyərdi ki, qayıdacaq

Heç vaxt düşünməzdim bu sözlər yalandı

Və illər keçdikcə, zaman bizi ovudacaq

Atamın şəhid olduğunu məktəbdə uşaqlar deyəndə

Əvvəl elə bilmişdim, bu hərbi rütbədir

Anamdan soruşanda ki, şəhid nədir?

Həyacandan çaşıb demişdi — «atan əsgərlikdədir»

Amma sonra çökərək qarşımda diz üstə

Qucaqlayıb izah edəndə mənə hər şeyi

Gözlərim doldu, görəndə anamı qəhər boğub

Ağlamaqdan başqa bilmədim neyləyim?!

Qızım, sil göz yaşın

Sən ağlama

Vətən var olsun!

Həsrət qalan kəslərə

Qoy hər zaman Tanrı yar olsun!

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます