以下は曲の歌詞です Biz Niyə Sevməyək Bir-Birimizi 、アーティスト - İlqar Muradov 翻訳付き
原文と翻訳
İlqar Muradov
Yer göyü, dağ dağı, daş daşı sevdi
Tanrı naxış vurdu, nəqqaşı sevdi
Göz gözə boylandı, qaş qaşı sevdi
Biz niyə sevməyək bir-birimizi?
Göz gözə vuruldu, qaş qaşı sevdi
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü
Damla pıçıltıyla deyir sözünü
Yağış gözəllərin öpür üzünü
Damla pıçıltıyla deyir sözünü
Şəlalə qayadan atır özünü
Duman dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
Duman dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışır, göz vurur Aya
Çeşmələr çağlayır, tökülür çaya
Sevənlər gəlirsə hər gün dünyaya
Biz niyə sevməyək bir-birimizi?
Sevənlər yenidən gəlir dünyaya
Biz niyə sevməyək bir-birimizi?
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます