以下は曲の歌詞です Bakı 、アーティスト - İlqar Muradov 翻訳付き
原文と翻訳
İlqar Muradov
Nəğmə kimi oxuyaram, Bakım
Səni ömrüm boyu
Bir gül kim oxşayaram, Bakım
Səni ömrüm boyu
Dağ üstünə qonan Bakım
Mənim duman şəhərimsən
Dəniz öpər ayağını
Bakım, sultan şəhərimsən
Gilavartək ilıq məhrəm
Şanı kimi şirin Bakım
Xəzri kimi dəliqanlı
Xəzər kimi dərin Bakım
Sən dənizdən doğan Günəş
Sən dəryadan çıxan Aysan
Məhəbbətdən yapılmısan
Özün boyda xan saraysan
Köhnəlməyən nağılımsan
Köhnə tanış, köhnə şəhər
Dinləyərəm sirdaş kimi
Hər küçəni axşam, səhər
Mehmanına qucaq açan
Bakım, həyan şəhərimsən
Sevənləri qovuşduran
Bakım, liman şəhərimsən
Səni sevən səndən doymaz
Sən bu yurdun ürəyisən
Sən gözəllər şəhərisən
Şəhərlərin gözəlisən
Hər gün mənə bir ay gələr
Səndən ayrı olsam, Bakım
Sənsən mənim könlümdəki
Ən əbədi bayram, Bakım
Safım mənim, pakım mənim
Arzu qədər əzəl Bakım
Taleyimin şəhərisən
Bakı qədər gözəl Bakım
Sən dənizdən doğan Günəş
Sən dəryadan çıxan Aysan
Məhəbbətdən yapılmısan
Özün boyda xan saraysan
Sən ümidlər şəhərisən
Arzu qədər əzəl Bakım
Taleyimin şəhərisən
Bakı qədər gözəl Bakım
Sən ümidlər şəhərisən
Safım, pakım, Bakım mənim
Təkim mənim, Bakım mənim
Məhəbbətim, Bakım mənim
Mehribanım, Bakım mənim
Məhəbbətim…
Bakım mənim…
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます