Tənha Royal - Aygün Səmədzadə, İlqar Muradov

Tənha Royal - Aygün Səmədzadə, İlqar Muradov

Год
2015
Язык
`アゼルバイジャン`
Длительность
300010

以下は曲の歌詞です Tənha Royal 、アーティスト - Aygün Səmədzadə, İlqar Muradov 翻訳付き

歌詞 " Tənha Royal "

原文と翻訳

Tənha Royal

Aygün Səmədzadə, İlqar Muradov

Susursan qısılıb bir küncə, səssiz

Odu soyumayan xatirəm kimi

Mən də kimsəsiz, sən də kimsəsiz

Tənha həsrət qoxan xatirəm kimi

Tənha həsrət qoxan xatirəm kimi

Hanı o titrək əl?

Dindirə səni...

Könlünün odunu soyuda bəlkə

Bir qucaq dərdini, bir ovuc qəmi

Həsrətin adını unuda bəlkə

Səndə şəhərlərin qaynar nəfəsi

Sönməz şöhrətlərin vida kəlməsi

Böyük səhnələrin sevgi nəğməsi

Yanar ürəklərin abidəsi var

Səndə şəhərlərin qaynar nəfəsi

Sönməz şöhrətlərin vida kəlməsi

Böyük səhnələrin sevgi nəğməsi

Səndə sahibinin xatirəsi var

Dillərin, illərin tozu içində

Sığınır sinənə neçə min soraq?

Kökdən düşən neçə arzu içində

Uyuyar ümidsiz, tənha bir Röyal

Uyuyar ümidsiz, tənha bir Röyal

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます