以下は曲の歌詞です Nazəndə Sevgilim 、アーティスト - Nadir Qafarzadə 翻訳付き
原文と翻訳
Nadir Qafarzadə
Dəydi saçlarıma bahar küləyi
Nazəndə sevgilim, yadıma düşdün
Hər kəsin bəxtinə bir gözəl düşər
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sənsiz dağ döşünə çıxdım bu səhər
Ötdü qumru kimi gur şəlalələr
«De, niyə yalqızsan?»
sordu lalələr
Qürbətdə sevgilim aklıma düşdün
Nazəndə sevgilim yadıma düşdün
Qürbətdə sevgilim ağlıma düşdün
Nazəndə sevgilim yadıma düşdün
Gözlərim yoldadır, qulağım səsdə
Səni unutmaram mən, bil, son nəfəsdə
Ey ceyran baxışlım, ey boyu bəstə
Ey tazə, tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim yadıma düşdün
Ey tazə, tər gülüm, yadıma düşdün
Nazəndə sevgilim yadıma düşdün
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます