以下は曲の歌詞です Sevirəm Səni 、アーティスト - Nadir Qafarzadə 翻訳付き
原文と翻訳
Nadir Qafarzadə
Gözlərim əbədi gözünə həsrət
Qulağım bir şirin sözünə həsrət
Özüm bu dünyanın özünə həsrət
Nə yaxşı sən varsan, sevirəm səni!
Bilmirəm, gözlərin necədir sənin
Saçların bir zülmət gecədir sənin
Bilmirəm yaşını neçədir sənin
Nə yaxşı sən varsan, sevirəm səni!
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Bəlkə bir xəyalsan, şirin röyasan?
Bəlkə bir xəyalsan, şirin röyasan?
Nə yaxşı sən varsan, sevirəm səni!
Nə yaxşı sən varsan, sevirəm səni!
Sən haradan gəlirsən, yolun haradır?
Bəlkə də ürəyin, qəlbin yaradır?
Bəlkə də taleyintək saçın qaradır?
Nə yaxşı sən varsan, sevirəm səni!
Sənə olan sevgim könül səsimdir
Bir xəzan çağında dağ həvəsimdir
Bilirəm, sən varsan, mənim bəsimdir
Nə yaxşı sən varsan, sevirəm səni!
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Dünya dağılmaz ki sən mənim olsan!
Gəlib ürəyimi, könlümü alsan
Bəlkə bir xəyalsan, şirin röyasan?
Bəlkə bir xəyalsan, şirin röyasan?
Nə yaxşı sən varsan, sevirəm səni!
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます