Mənimləsən - Faiq Ağayev

Mənimləsən - Faiq Ağayev

Год
2009
Язык
`アゼルバイジャン`
Длительность
214620

以下は曲の歌詞です Mənimləsən 、アーティスト - Faiq Ağayev 翻訳付き

歌詞 " Mənimləsən "

原文と翻訳

Mənimləsən

Faiq Ağayev

Talehin yazısı yəqin beləydi

Sənsizlik qapını döydü xəbərsiz…

Kaş bütün gedənlər geri dönəydi

Bilirsənmi necə darıxdım sənsiz?

Hər zaman ürəyim sənlə danışır

Sənli xatirələr yaşadır məni

Sönməyən ocağın közü alışır

Bir möcüzə kimi gözlərəm səni

Dön, gəl sənsiz qalan bu ömrümə

Dön, gəl, əgər dönə bilsən…

Dünyamız ayrı olsa belə

Elə bilirəm ki, dönəcəksən…

Yazını pozmağa gücüm yetmir heç

Sənsiz ötən günlər — qəmli sınağım…

Bu hicran, bu həsrət çıxıb getmir heç

Səninlə yanırdı ömür çırağım

Hər zaman ürəyim sənlə danışır

Sənli xatirələr yaşadır məni

Sönməyən ocağın közü alışır

Bir möcüzə kimi gözlərəm səni

Dön, gəl sənsiz qalan bu ömrümə

Dön, gəl, əgər dönə bilsən…

Dünyamız ayrı olsa belə

Elə bilirəm ki, dönəcəksən…

Dön, gəl sənsiz qalan bu ömrümə

Dön, gəl, əgər dönə bilsən…

Dünyamız ayrı olsa belə

Qəlbim səninlədir, mənimləsən…

Mənimləsən…

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます