以下は曲の歌詞です Ömür Bumu 、アーティスト - Faiq Ağayev 翻訳付き
原文と翻訳
Faiq Ağayev
Ömür bumu?
Gələr-gedər
Nə etsən – ayrılıq sonu
Ömür bumu?
Çalış-vuruş
İmtahandır hər addımı
Ömür bumu?
Həsrət odundan
Keçir sevginin yolu
Ömür bumu?
Sənsizliyi mənə verən omu?
Səbəbi yox göz yaşlarımın
Sən buna layiq deyilsən
Ürəyim mənim
Həsrət dolu baxışlarımın
Ünvanı – kədər
Yalan satan sirdaşlarımın
Hədəfinə çevrilmisən
Ümidim mənim
Sevilməyi heç bacarmadın
Bir ömür qədər
Ömür boyu
Hicran qapısında bitər
Eşqin yolu
Ömür boyu
Alışdım ayrılıqlara
Yoxmu sonu?
Qürurumu
Sənin xəyanətin
Köksündən vurdumu?
Sevgi bumu?
Hər acıya səbəb olan omu?
Səbəbi yox göz yaşlarımın
Sən buna layiq deyilsən
Ürəyim mənim
Həsrət dolu baxışlarımın
Ünvanı – kədər
Yalan satan sirdaşlarımın
Hədəfinə çevrilmisən
Ümidim mənim
Sevilməyi heç bacarmadın
Bir ömür qədər
Yalan satan sirdaşlarımın
Hədəfinə çevrilmisən
Ümidim mənim
Sevilməyi heç bacarmadın
Bir ömür qədər
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます