Düşün, İnsan - Faiq Ağayev

Düşün, İnsan - Faiq Ağayev

  • Альбом: Ola Bilməz

  • リリース年: 1995
  • 言語: アゼルバイジャン
  • 間隔: 4:26

以下は曲の歌詞です Düşün, İnsan 、アーティスト - Faiq Ağayev 翻訳付き

歌詞 " Düşün, İnsan "

原文と翻訳

Düşün, İnsan

Faiq Ağayev

Təzadlı dünyaya uyarsa bəşər

Bu yer üzündə insan qismətinə

Duman, çən düşər

Ağ saçlı dağların zirvəsindən

Məğrurluq gen düşər

Yalanlar həqiqəti təslim edər

Görünməz çarşablı iblislər

Şər işindən sevinər

Mərd öldürən namərd

Nahaq qandan öyünər

İlahi, bu aha, fəryada

Göylərdə günəş sönər

Aman, aman!

Dayan insan

Düşün bir an

Hara axır zaman?

Sürünən kölgələr bir həqiqət tək

İnsan ürəyinə yollar tapar, ey fələk, ey fələk!

Qəlbləri əsarətdən xilas etməyə

Sən elə kömək

Günahsız qurbanlar aldığı yetər!

Bəlkə övladlar dərd görməmişdir

Bundan betər…

Son bir ümidi də məhv edər

Zalım kədər

İlahi, yaratdığın aləm heçnədən olar hədər…

Aman, aman!

Dayan insan

Düşün bir an

Hara axır zaman?

Aman, ay aman!

Dayan insan

Düşün bir an

Hara axır zaman?

(Zaman)

(Zaman)

(Zaman)

(Zaman)…

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます