Həsrətini Çəkdiyim - Namiq Qaraçuxurlu

Həsrətini Çəkdiyim - Namiq Qaraçuxurlu

Год
2020
Язык
`アゼルバイジャン`
Длительность
227990

以下は曲の歌詞です Həsrətini Çəkdiyim 、アーティスト - Namiq Qaraçuxurlu 翻訳付き

歌詞 " Həsrətini Çəkdiyim "

原文と翻訳

Həsrətini Çəkdiyim

Namiq Qaraçuxurlu

Gəl, səni görsün rahat olsun barı canım

Başqa nəyim var ki, qalıb bir quru canım

Hər səni səsləyəndə yarım, canım dedim

İndi də yanında qalıbdır, yarı canım

Mənim ömrümə ilk baharı sən gətirmisən

Xoş günü, xoş ruzigarı sən gətirmisən

İndi kimə dəsəm də bunu, eşidər inanmaz

Bu həsrəti, intizarı sən gətirmisən

Keçsədə ömrün yazı sənsiz, qışı sənsiz

Ötsədə illər qurumaz göz yaşı sənsiz

Ey gözümü yolda qoyan, gözlərin aydın

Oldu bugün ayrılığın bir yaşı sənsiz

Bir il də canım beləcə ötdü səninlə

Başladı bu eşq nağılı, bitti səninlə

Mən səni sevdim deyə sevdim bu həyatı

Getdin həyatın dadıda getdi səninlə

Ay mənim həsrətini çəkdiyim

Yolunda göz yaşı tökdüyüm

Hər şeyi vaxtında qazandım, sandım

Bircə sən oldun gecikdiyim

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます