
以下は曲の歌詞です Söylə 、アーティスト - Мири Юсиф 翻訳付き
原文と翻訳
Мири Юсиф
Məsum qanadlara həsrət qalanlar
Xəyalındakı ruhlarla qovuşanlar
Onlar da mənim kimi özəl dünya yaradanlar
Bilinir ki, nəfsimiz nə duyur dünyadan
İtiririk qanacağı dəli sevdadan
Özümüzə utanmadan baxiriq qəmli aynadan
Bu necə dərddir, söylə
Gözüvü aç və söylə
Dünya yaman
Bizi tapdaladı
Bu necə dərddir, söylə
Gözüvü aç və bir də söylə, söylə
Doğru yalan
Ağı qapqaradır
Bu günahları kim edər ki, rədd?
Biraz fasilə, səhv dalınca səhv
Nə qədər lənət desək də şeytana
Olmuşuq hədəf
Bu yaşayışla ömrümüz hədər
Eşq bulağında içmişəm zəhər
Miri, yat, Miri
Sənin üçün açılmaz yeni səhər
Bu necə dərddir, söylə
Gözüvü aç və söylə
Dünya yaman
Bizi tapdaladı
Bu necə dərddir, söylə
Gözüvü aç və bir də söylə, söylə
Doğru yalan
Ağı qapqaradır
Bu necə dərddir, söylə
Gözüvü aç və söylə
Dünya yaman
Bizi tapdaladı
Bu necə dərddir, söylə
Gözüvü aç və bir də söylə, söylə
Doğru yalan
Ağı qapqaradır
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます