以下は曲の歌詞です Oğlum 、アーティスト - Мири Юсиф 翻訳付き
原文と翻訳
Мири Юсиф
Oğlum, həyatda hər zaman üzün gülər
Səndən uzaq olsun üzüntülər
Sənə baxanda fərəhimdən mənim gözüm gülər
Səadətin ətri həzin-həzin gələr
Hər anaya görə oğlu dağdır
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq…
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan
Oğlum, xəyalım sənlə uçar hər yerə
Sənsən bəzək verən bu ömürə
Yaşananların hər anı duyğulu bir xatirə
İnan mənə, yaşayıram sənə görə
Hər anaya görə oğlu dağdır
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq…
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます