以下は曲の歌詞です Sevgimizin Günləri 、アーティスト - Manana Japaridze 翻訳付き
原文と翻訳
Manana Japaridze
Getmisən, qayıt gəl, açsın eşqin gülləri
Qayıtsın yenə də sevgimizin günləri
Mən uca saxlaram, bil, sənin sevgini
Dünyada yoxdur bir eşq eşqim kimi
Eşqim kimi…
Bulaqlar quruyar bu dünyda sevgisiz
Buludlar ağlayar heçə dönsə eşqimiz
Töküldü göylərdən, bil, həsrət yollara
Bilmədim, niyə, getdin hara?
Getdin hara?
Çox incitmə məni sən
Baxaram yollara, gözlərəm səni mən
Gəl incitmə məni sən
Baxaram yollara, gözlərəm səni mən
Unutmaq olarmı sənlə keçən anları?
Göylərdən daş yağar biz unutsaq onları
Sevgisiz günəşim, bil, sönər, parlamaz
Bir daha bu dünyada bahar olmaz
Çox incitmə məni sən
Baxaram yollara, gözlərəm səni mən
Gəl incitmə məni sən
Baxaram yollara, gözlərəm səni mən
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます