Mən Daha Əvvəlki Kimi Olmaram - L-Mir

Mən Daha Əvvəlki Kimi Olmaram - L-Mir

Год
2013
Язык
`アゼルバイジャン`
Длительность
233580

以下は曲の歌詞です Mən Daha Əvvəlki Kimi Olmaram 、アーティスト - L-Mir 翻訳付き

歌詞 " Mən Daha Əvvəlki Kimi Olmaram "

原文と翻訳

Mən Daha Əvvəlki Kimi Olmaram

L-Mir

İstəmərəm ki dost mənə gəlsin kələk

Amma bu da olsa deyərəm, neyləyək?

İstərdim ki tək sevinclə dolsun ürək

İşdi kədərlə dolsa, deyərəm neyləyək?

İstəmərəm ki dost mənə gəlsin kələk

Amma bu da olsa deyərəm, neyləyək?

İstərdim ki tək sevinclə dolsun ürək

İşdi kədərlə dolsa, deyərəm neyləyək?

Buna da şükür!

İndi mənimki belə gətirib

Var adam hər şeyini birdən itirib

Baxırsan ki, heç vecinə də deyil

Onun yanında mənim dərdim heç nə deyil

Sadəcə mən taleyimlə dil tapmıram

Fikrimdən gecələr yatmıram heç

Gözümə yuxu gəlir səhərə yaxın

Həyatın dadı yenə zəhərə yaxın

Haydı dar günümdü, dostlar hardasız?

Nə vaxtdan bəri itki olub ağrısız?

Nə vaxtdan ayrılıq kədərsiz keçir?

Nə vaxtdan görüşlər xəbərsiz keçir?

Mən güllərin ətrini çoxdan itirdim

Mən əsl məktəbi küçələrdə bitirdim

Mən anamın təbəssümü üçün yaman darıxdım

Mən nəfsimin ipini yenə boş buraxdım!

Bir dəli şeydan deyir ki, tüpür hər şeyə

Bundan sonra hamı necə sən elə

Nə dost?

Nə qardaş?

Nə görüşmək?

Ancaq öz xeyirini güdüb iş görmək

Düzgünlük yolunda qurbanım çox oldu

Hamı üçün yaxşı olmaq istəyim yox oldu

Zəng vuraram hərdən yada salaram

Amma day əvvəlki kimi olmaram!

İstəmərəm ki dost mənə gəlsin kələk

Amma bu da olsa deyərəm, neyləyək?!

İstərdim ki tək sevinclə dolsun ürək

Işdi kədərlə dolsa, deyərəm neyləyək?!

İstəmərəm ki dost mənə gəlsin kələk

Amma bu da olsa deyərəm, neyləyək?!

İstərdim ki tək sevinclə dolsun ürək

Işdi kədərlə dolsa, deyərəm neyləyək?!

Mən çalışaram həyatda yaxşı ata olum

Nə vaxtsa məni də gözləyir bu ölüm

Qızım dərk edəndə ki, ata bir gün gedəcək

Yazdığım mahnılar köməyinə gələcək

Daha olmaram əvvəlki kimi sadəlövh

Məni götürə bilməz girov

Işiniz avand olsun, gedin rahat!

Siz sağ, mən salamat, Çünki

İstilik yoxdu, yaxşılığı da heç kim ummur

Sadəcə o qardaşlıq nəsə hiss olunmur

Hər kəsin öz dərdi, öz işi gücü

Hərə özü üçün seçib bir küncü

De görüm hardan biləsiz nədir qəm şirəsi

Sizə dəyməyibsə hayatın şilləsi

Sizə vermirsə əzab öz keçmişiniz

Sizin heç vaxt olmursa vicdanla işiniz

Mənə fələk havasını zorla rəqs etdirir

Və yalnız gözlərim qəlbimi əks etdirir

Əsl dost əlindən tutub ürəyini hiss edir

Məni qalan xatirələr tək isidir!

Bəs edir!

Heç kəsi yormayacam

Mən qabaqki kimi sadə daha olmayacam

Kəsilən çörəyi də heç vaxt taptalamaram

Amma daha əvvəlki kimi olmaram!

İstəmərəm ki dost mənə gəlsin kələk

Amma bu da olsa deyərəm, neyləyək?

İstərdim ki tək sevinclə dolsun ürək

İşdi kədərlə dolsa, deyərəm neyləyək?

İstəmərəm ki dost mənə gəlsin kələk

Amma bu da olsa deyərəm, neyləyək?

İstərdim ki tək sevinclə dolsun ürək

İşdi kədərlə dolsa, deyərəm neyləyək?

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます