以下は曲の歌詞です Kimdir Günahkar 、アーティスト - İradə İbrahimova 翻訳付き
原文と翻訳
İradə İbrahimova
Saçımda iz saldı gümüşü tellər
Alıb gəncliyimi apardı yellər
Arxamca boylandın, ağla — deyirlər
İllərmi günahkar, sənmi, sevgilim?
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?
Soyuq yatağımda yox hərarətin
Sənsiz buza dönmüş, üşümüş qəlbim
Sevinc qərib düşür, dönüb kədərim
Sevincmi günahkar, sənmi, sevgilim?
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?
Dedilər — dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?
Dedilər — dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?
Kədərmi günahkar, sənmi, sevgilim?
De, mənmi günahkar, sənmi, sevgilim?
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます