以下は曲の歌詞です Ötən Günlər 、アーティスト - Eyyub Yaqubov 翻訳付き
原文と翻訳
Eyyub Yaqubov
Axtarıram, qalmayıbdır o nəvaziş
Kəsilibdir yaxınlara gediş - gəliş
Gözəl günlər indi, görən, harda qaldı?
Sevgimizi kim tora saldı?
Kim qaytarar o günləri, deyin mənə?
O duyğulu günlərimi verin mənə
Sevgi gəlir, nəğmə düşür ürəyimə
Sevinc yaşı dolur gözlərimə
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb
O günləri arayıram, hey gəzirəm
Təqvimləri yorğun — yorğun süzürəm
Gözəl günlər indi, görən, harda qaldı?
Sevgimizi kim tora saldı?
Kim qaytarar o günləri, deyin mənə?
O duyğulu günlərimi verin mənə
Sevgi gəlir, nəğmə düşür ürəyimə
Sevinc yaşı dolur gözlərimə
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます