以下は曲の歌詞です Darıxmışam 、アーティスト - Etibar Asadli 翻訳付き
原文と翻訳
Etibar Asadli
Elə bil hər yerdən üzülüb əlim
Mən azıb qalmışam qəm dərəsində
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində
Haraylar yüksəlir könüldən yenə
Bu necə haraydı, bu necə haydı
Öhdəmdən gələrdim Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı
Yuxuma gəlmişdin
Qısıldıq küncə
Danışdıq
Yel əsdi
Dağıldı dərd-qəm
Kölgəyə dönmüşdüm
Səni görüncə
Sənin işığında yox oldu kölgəm
Yaman darıxmışam, bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola
Yaman darıxmışam hər axşamçağı
Arzumu günəşin telinə sardım
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます