以下は曲の歌詞です Səndən Sonra 、アーティスト - Elnarə Xəlilova 翻訳付き
原文と翻訳
Elnarə Xəlilova
Bu ayrılıq qoymadi ki, üz gülə
Qara saçlar yerin verdi ağ telə
Xatirələr qəlbi sızladır hələ
Səndən sonra sevə bilmir bu ürək
Gözləməkdən saralıb gözlərim
Qaldı sənə deyiləsi sözlərim
Talehimə həkk olunub izlərin
Səndən sonra sevə bilmir bu ürək
Dincliyini sən ki, mənlə tapardın
Nəyim vardı sən özünlə apardın
Ürəyimin tellərini qopardın
Səndən sonra sevə bilmir bu ürək
Sən ki, yoxsan, həyat zülmət görünür
Yer də, göy də bu zülmətə bürünür
Nə olsun ki, dayanmayıb, döyünür
Səndən sonra sevə bilmir bu ürək
Sənsizlikdə danışmıram, gülmürəm
Kədərimi bir kimsə ilə bölmürəm
Bu nə sirdir heç özüm də bilmirəm
Səndən sonra sevə bilmir bu ürək
Kipriklərim gecə gündüz yaş olur
Bahar çağım payız olur, qış olur
Sənsizliyim ürəyimə daş olur
Səndən sonra sevə bilmir bu ürək
Dincliyini sən ki, mənlə tapardın
Neyim vardı sən özünlə apardın
Ürəyimin tellərini qopardın
Səndən sonra sevə bilmir bu ürək
Sən ki, yoxsan, həyat zülmət görünür
Yer də, göy də bu zülmətə bürünür
Nə olsun ki, dayanmayıb, döyünür
Səndən sonra sevə bilmir bu ürək
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます