Sous - Elşad Xose

Sous - Elşad Xose

Год
2004
Язык
`アゼルバイジャン`
Длительность
356530

以下は曲の歌詞です Sous 、アーティスト - Elşad Xose 翻訳付き

歌詞 " Sous "

原文と翻訳

Sous

Elşad Xose

Qafia Mafia

Var belə, var belə sous, sous…

Var belə tülkü aslana bənzər

Qızıl gəzər, özünü bəzər

Var belə insan meymuna bənzər

Sizin saatda zoopark düzər

Pressa press kimi bizləri sıxır

Efir kifir kimi manısları yıxır

Can sonra çaxır, qalmaqal axır

Yoxdu burda fəxr, hamı birbirinə yaxır

Zəhərli, yeməli hamısı bu tavada

"ATV Maqazin" od vurur bu oda

Göydə ulduz qalmayıb hamısı yerdə

Mavi, çəhrayı, dişi və erkək

Elə kişilər var arvad üzü ilə

Elə arvadlar var kişi sözü ilə

Cangüdənlə gəzən özünə arxayın deyil

Milçək gəlir, milçək uçur, əyil!

Bu da mən ABD Malik, qafiyəm dəqiq

Yerinə düşür, adım özümə layiq

Madonna, primadonna, Bella, Mafia Vito Corleone

Göbələk banka vurur ayağı eləbil Maradona

Stadiona çıxıb söndürülmüş mikrofonla

Yuyucu tozla, sabunla girir ora-bura

Ucuz toyların keçmiş manısı kosası

Bu günləri olub elit toyların kralı, vağzalı çalındı

Çoxları evdə gözləyən arvad yox, əridi

musiqisi əbədidi, come on everybody

Hər brilliant olub deyir ki, mən ulduzam

Əgər siz ulduzsuzsa, onda mən kainatam, sizdən yadam

Bir yerdə gedərik qoparıb sifətə çəkib

Dodaqlarına sa zənci paxıllıq edib

Bir sifət bu qədər əliyər cinayət

Cəmiyyət , ellər bu ki cəfəngiyət

Hər axşam televizoru salıram fırladıram

Hər yerdə manıslar, civilər hirsimdən partlayıram

3 bucaq kanalında var belə bir show gangster

Aparıcı bomba oğlan i am a disco dancer

Mikrofonum silahımdı, tətiyi çəkmək lazımdı

Hərdən bir birinə dəyir öz yerini bilir qaçır

Ağır-bağır çünki ağrıdır

Malı mala , malı mala qatır

Dünənki cücə bugünkü xoruza dimdik atır

Dünənki toyuq bugünkü xoruza görüş satır

Bəli, bəli, bəli, bəli

Xose yenə yerindədi!

Hamı şou biznes haqqda söhbəti dinləməkdədi

Hər evdə və küçədədi

Adımız dildədi.

Bəli

Sözümüz ürəklərdədi.Bugün bizim rap dəbdədi

Repçiyə yumurta dəyir gör bu repçi nə gündədi

Dilində və qəlbində bizə olan münasibəti

Göstərir bizə olan nifrəti hər gün efirdədi

Özünü еdib ağıllı, guya bizik burda dəli

Pis etdik bu ölkəyə gətirdik bu sənəti ?

Çalışdıq ki,dadasız düz söz ləzzəti

Bəsdir, gəlin kəsək manısların nəfəsini

Müxtəlif zövq var bu şəhərdə hərkəsənin

Bakıda hər toy konsertə bənziyir

Eyni-eyni ulduzlar mahnılarla bеzdirir

Az qala biletlə olacaq toya giriş

Oxumayın restoranda rap , tapın başqa iş

Dünənki cücə bugünkü xoruza dimdik atır

Dünənki toyuq bugünkü xoruza görüş satır

Exo ver, exo ver, mənə exo ver

Vsoke ver mənə vsoke, exo exo exo!

Göstər mənə bir nəfəri ki, Moskvada bizim dilimizdə verliş açsın

Çağrılan qonaqlar da ora qatılsın

Orda bu cür axmaq çətin tapılsın

Çünki çox sevirlər onlar öz millətini

Sizə nolub ?

unutduz ana dilini ?

Ata təpinir alın şilləni

Ermənilər oxuyur sarı gəlini

İncəsənəti sayan gəlib bizə bir vaqon

Az qala əsgərlərdə də olacaq mikrofon

Hamsı oxuyan olub alverçi də kəndçi də

Musiqi duyumu yoxdu,səsi də sifəti də

Konserti dinləməyə gəlib pərəstişkar

Qulaqları batıb aaaah oldu kar

Axı kim verəcək dərman bu yazığa

Kim qoyacaq son manıslığa?

Biz demirik oxuma, get oxu hamamda

Mikrofon da lazım deyil,sən öl exo var orda

Yaranar get-gedə həvəs qonşularda

Fonogram kəsildi, “hə, noldu oxuda!”

Bitirin söhbəti, bizdə nə şou var

Nə də ki, biznes ama yenə utanın girin yerə

Girsin başıvıza yenə bu sözlər (a)

Çox yox , fikir verin şəh səhnə mədəniyyətinə

Geyminə yox səsinə, girsin bu sözlər sizin boş beyninizə

Özüm ölüm ayaq yoluna gedəndə ordan

Gələn səslər heç də sizinkindən fərqlənmir

Boş boğazlıqda heç bir sənətçi birbirindən seçilmir

Sizin yerinizə ölüb utanıram girirəm

Yenə mən deyirəm,asandı indi ulduz olmaq

Ulduz sayılırsan qohumlarının yanında

Deyilən söz gəlməsin çox sizə

Əsası məndən qabağdaki çatsın sizə

Bəs edər sizə ortancıl barmağımın yol işarəsi

Olsun sizə, olsun sizə!

Eeyo, eyo , eyo

Şou biznes bizsiz sous

Burda pişir toyuq , xoruz

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます