Daş Atan Bilirmi, Nə Günah Eylər - Cavanşir Quliyev, Айгюн Кязымова

Daş Atan Bilirmi, Nə Günah Eylər - Cavanşir Quliyev, Айгюн Кязымова

Год
2021
Язык
`アゼルバイジャン`
Длительность
339300

以下は曲の歌詞です Daş Atan Bilirmi, Nə Günah Eylər 、アーティスト - Cavanşir Quliyev, Айгюн Кязымова 翻訳付き

歌詞 " Daş Atan Bilirmi, Nə Günah Eylər "

原文と翻訳

Daş Atan Bilirmi, Nə Günah Eylər

Cavanşir Quliyev, Айгюн Кязымова

Sənə bir daş atar yerindən duran

Səni sevdiklərin daşqalaq eylər

Bir əlində daş var, birində Quran

Daş atan bilirmi nə günah eylər?!

Sən dözərsən ağrısına

Daş dözməz, daş haray eylər

O daşlardan Tanrı sənə

Bir ev tikər, saray eylər…

Silərsən gözündən axan yaşları

Öpüb əzizlərsən sən o daşları

Deyərsən: «Var olun, qan qardaşlarım»

Məni təzə daşa kim qonaq eylər?!

Sən dözərsən ağrısına

Daş dözməz, daş haray eylər

O daşlardan Tanrı sənə

Bir ev tikər, saray eylər…

Hər daş özü boyda köz olub yanar

Cana damğa kimi basılıb yanar

Qanlı yaraların qızarıb yanar

Səni başdan başa çılçıraq eylər

Sən dözərsən ağrısına

Daş dözməz, daş haray eylər

O daşlardan Tanrı sənə

Bir ev tikər, saray eylər…

Bircə tilsimin var — Sevgi tilsimi

Kim qırar Tanrıya bağlı bir simi?!

Tanrı Tanrıdırsa, öz elçisini

Min bir daş altında yenə sağ eylər

Tanrı Tanrıdırsa, öz elçisini

Min bir daş altında yenə sağ eylər

Sən dözərsən ağrısına

Daş dözməz, daş haray eylər

O daşlardan Tanrı sənə

Bir ev tikər, saray eylər…

Sən dözərsən ağrısına

Daş dözməz, daş haray eylər

O daşlardan Tanrı sənə

Bir ev tikər, saray eylər…

Sən dözərsən ağrısına

Daş dözməz, daş haray eylər

O daşlardan Tanrı sənə

Bir ev tikər, saray eylər…

Bir ev tikər, saray eylər…

Bir ev tikər, saray eylər…

Saray eylər…

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます