Şərqi - BADCLAUSE, Şahin Əlizadə

Şərqi - BADCLAUSE, Şahin Əlizadə

Год
2020
Язык
`アゼルバイジャン`
Длительность
232010

以下は曲の歌詞です Şərqi 、アーティスト - BADCLAUSE, Şahin Əlizadə 翻訳付き

歌詞 " Şərqi "

原文と翻訳

Şərqi

BADCLAUSE, Şahin Əlizadə

Deyirlər Bakı balaca şəhərdir, bir gün qovuşarıq əlbət

Nə vaxtsa çıxarar qabağıma səni keçdiyimiz küçələr

Heç vaxt danışmasaq da, arada xətir soruşarıq əlbət

Çünki, davam eləyir hələ də, həmişəki içkili gecələr

Tuta bilmir heç bir budaqdan, daha yorulub əllərim

Sənsiz hallarımın ilki ayıq, sonu gicəllənir

Tüstü tüstünün dalıyca dolub soyudur əsəbi

Qəlbimə xəyanət olsa da, bilə-bilə unuduram səni

Başqası var idi həyatında, mənlə idin hərfiyən

Dodaqların deyən yalanı gözün bir təhər deyər

Sən mənə vida cümləsi, mən isə sənə şərqiyəm

Nə mən deyən olmadı, yar, olmadı nə də sən deyən

… nə vaxtsa dərdə bürünsən denən

Yenə də yanına gələrəm inan, amma bir azca səbr elə

Əllərimi buraxsan da, məni qəlbinə həbs elə

Bunu sevgidən sayaram məni qəsdən öldürsən belə

Al mənim əllərimdən

Yazdığım sətirləri, yandır

Dayanma… Ümid yox

Bildiyim hər şeydən usandım

Divardan asılmış şəkillər

Ətrini gətirməz küləklər

Onun saçlarında külək, gözündə nəm, yanağı buzdan

Mənim eşqim — qırıq qələm, vərəq, qəlbimdə ahu-zar

Sən intizarımdan uzaq, özgə xəyallarına dustaq

Əgər məhəbbət budursa, izahına tək mənəm ustad

Qəlbimdəki sarayımı görməyib heç bir memar

Bir vaxt sevdiyin ruh, indi cəsəd, üstü tikili ehram

Məni tapa biləsən deyə yollarına gül düzür hər hecam

Və haqq yox ağlamağına, qələm alırsa səndən ilham

Nədir bu naz mənə, bu nə işvə, nə əda, bu nə eyham?!

Səndən toy-nişan xəbərləri gələcək, məndən edam

Nə gərək idi ki, könül bağçaların elədin viran

Axı, bizə qocalmağa bəs edərdi közərən ocaq, bir dam

… itirir bütün hissləri bir məqamda insan

Onda tək qalırsan, yanında özündən özgə kim var?

Məcnun olsa yerimdə o da, ümidlərin üzər daha

200万曲以上の歌詞

様々な言語の楽曲

翻訳

あらゆる言語への高品質な翻訳

クイック検索

必要なテキストを数秒で見つけます