以下は曲の歌詞です Nə Vaxtsa 、アーティスト - Айгюн Кязымова 翻訳付き
原文と翻訳
Айгюн Кязымова
Ən adi günlərdən biri idi o gün
Səni ilk gördüyüm, tanıdığım gün
Sevgi hisslərinə büründü ürək
Məni dinləmədi bağlandı ürək
Hər gün görüşürdük biz gizli-gizli
Gecələr ulduzlar bizi güdürdü
Sənə ürəyimdən sirrlər açardım
Sakit dinləyərdin, mən danışardım
Nə vaxtsa bu evin yanından keçsən
Gəlib yavaş-yavaş qapını döysən
Evdən nazlı şirin bir səs eşitsən
Bil ki, o səs sənin yadigarındır
Amma bütün bunlar geridə qaldı
Ayrılıq sevgiyə yolunu açdı
Bir gün gəlib mən gedirəm dedin
Başqa birisinə aidəm dedin
O an inanmadım sənin sözünə
Dinlədim yolunu kəsə bilmədim
Dilimdə kəlmələr dolaşıb qaldı
Mən sənə sağ ol deyə bilmədim
Nə vaxtsa bu evin yanından keçsən
Gəlib yavaş-yavaş qapını döysən
Evdən nazlı şirin bir səs eşitsən
Bil ki, o səs sənin yadigarındır
Nə vaxtsa bu evin yanından keçsən
Gəlib yavaş-yavaş qapını döysən
Evdən nazlı şirin bir səs eşitsən
Bil ki, o səs sənin yadigarındır
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます