以下は曲の歌詞です Yoxsan Bu Şəhərdə 、アーティスト - Tünzalə 翻訳付き
原文と翻訳
Tünzalə
Elə ki, külək uyudu
Səsli — küylü küçələrdə
Elə ki hava soyudu
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə
Elə ki, yuxum qarışdı
Sevincə qorxum qarışdı
Qəlbim dərdlə ki, barışdı
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə
Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə
Deyək: «Vaxtı çatıb, gedib»
Deyək: «Aydır, batıb, gedib»
Soruşsalar: «Atıb, gedib?»
Deyək: «Yoxdur bu şəhərdə»
«Bu şəhərdə»
Göydə ulduz doğulmursa
Canım evə yığılmırsa
Telefonum dağılmırsa
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます