以下は曲の歌詞です Bir Könül Sındırmışam 、アーティスト - Аббас Багиров 翻訳付き
原文と翻訳
Аббас Багиров
Mən onu dan ulduzu
Nazlı şəfəq sanardım
Kimə inanmasam da
Bir ona inanardım
Kimə inanmasam da
Bir ona inanardım
Ahh…
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam, dünən axşam çağı
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam, dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
O bir qaranquş kimi
Qəlbimdə yuva qurdu
Acı dilim qurusun
Dilim onu uçurdu
Acı dilim qurusun
Dilim onu uçurdu
Ahh…
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam, dünən axşam çağı
Qəbahətim böyükdür
Ay ellər, ay ellər, dünən axşam, dünən axşam
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
Saçlarının gül ətri
Titrəyən ovucumda
İntizar baxışların
Ağlar yol ayrıcında
İntizar baxışların
Ağlar yol ayrıcında
Ahh…
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam, dünən axşam çağı
Qəbahətim böyükdür
Ay ellər, dünən axşam, dünən axşam çağı
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
Billur kimi bir ürək
Bir könül sındırmışam
様々な言語の楽曲
あらゆる言語への高品質な翻訳
必要なテキストを数秒で見つけます